
Ermənistanın eks-prezidenti Levon Ter Petrosyan mətbuata müsahibə verərkən belə deyib.
Ter-Petrosyan bildirib ki,baş nazir faktiki olaraq parlamentdə azlığı təmsil edir.Müxalifət isə indi çoxluqdadır.
“Paşinyanın yeni hökuməti necə müqavimət göstərəcək? Bu günə qədər Paşinyan iradəsini aksiyaların yardımı ilə yeridə bilib. Lakin bundan sonra Məclisə eyni metodla təsir edə biləcəkmi? Məlumdur ki, xeyr. Çünki bu resurs artıq yoxdur. Parlamentə xalq hərəkatının lideri kimi təsir etmək başqa məsələ, baş nazir kimi bunu etmək ayrı məsələdir. Belə olan halda Paşinyanın bu addımlarını dünya qəbul etməyəcək. Çoxları anlayır ki, yaranmış vəziyyətdən çıxış yolu növbədənkənar seçkinin keçirilməsidir”-deyə,Ter-Petrosyan açıqlama verib.