Paşinyanın Qarabağa səfəri pislənib-Peşman olacaq
- Azadpress.az
- 10 мая 2018 г.
- 1 мин. чтения

Ermənistanın yeni baş nazirinin Şuşaya getməsi qanun pozuntusudur.
Azadpress.az xəbər verir ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov belə deyib.
O qeyd edib ki, N.Paşinyanın baş nazir kimi ilk səfərini Azərbaycanın işğal olunmuş ərazilərinə etməsi yanlış addımdır.
Səfərov həmçinin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi məsələsinə də toxunub. B.Səfərov bildirib ki, bununla bağlı hələ heç bir gözlənti yoxdur:
"Ermənistanda yeni hökumət formalaşmalıdır. Yeni rəhbərlik əgər Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəksə, Ermənistanın vəziyyəti yaxşılaşa bilər. Yoxsa onların vəziyyətin əvvəlkindən də pis olacaq".