top of page

Paşinayan Ermənstanı Dağlıq Qarabağ konfliktinin tərəfi adlandırıb


İnqilab nəticəsində Ermənistanın baş naziri seçilmiş Nikol Paşinyan Dağlıq Qarabağda olarkən bunu etiraf edib.

Azadpress.az xəbər verir ki,Xankəndində jurnalistlərin suallarını cavablandıran işğalçı Ermənistanın baş naziri belə deyib:

"İlk növbədə biz bu suala cavab verməiyik ki,bu problemi həll etmək istəyirik,yoxsa yox? Əgər Azərbaycan və ya beynəlxalq aləm bu məsələni həll etmək istəyirlərsə,onun həlli olmayan indiki formatda müzakirə olunması məntiqli deyil.Danışıqlarda əsas tərəflərdən biri olan da iştirak etməlidir.Qarabağ (erməni separatçıları)adından onun hakimiyyəti(tanınmayan separatçı-işğalçı rejim) danışa bilər.Ermənistan da konflikt tərəfidir.Ermənistanı danışıqlarda tam olaraq mən təmsil edəcəyəm.Mən Azərbaycan prezidenti ilə Ermənistan Respublikası adından danışıq apara bilərəm,lakin Qarabağ(erməni separatçıları) adından Qarabağ hakimiyyəti(tanınmayan separatçı-işğalçı rejim) danışa bilər"

Qeyd edək ki,münaqişənin siyasi həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və Azərbaycan ərazilərinin işğalı pislənilir və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. Bu qətnamələrdə BMT TŞ bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin, qətnamələrdə BMT TŞ tərəfindən işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page