top of page

Bakıda gənc qadın metroda intihar edib


Bu gün “Bakı Metropoliteni”nin “28 May” stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.

Azadpress.az xəbər verir ki, bu barədə Unikal.org-a hadisə yerində olan əməkdaşı məlumat verib.

“İçərişəhər – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “28 May” stansiyasına daxil olarkən 30-35 yaşlarında qadın özünü qatarın altına atıb. O, relslərin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, baş verən hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. İntihar edən qadının cəsədi qatarın altından çıxarılıb. Özünü qatarın altına atan qadın Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızıdır.Azadpress.az

Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page