top of page

17 yaşlı qız bulvarda dənizə düşüb

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 20 апр. 2018 г.
  • 1 мин. чтения

Azadpress.az FHN-yə istinadən xəbər verir ki,bu gün 17 yaşlı qız dənizə düşüb.

FHN-nin yaydığı məlumata görə,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşmüşdür.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. 2001-ci il təvəllüdlü Qafarova Fatimeyi-Zəhra Şəfi qızı sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.


Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page