
İraq məhkəməsi 3 azərbaycanlı qadına ölüm hökmü çıxarıb “İraqda olan azərbaycanlıların məsələsi Azərbaycanın İraq səfirliyinin daimi diqqət mərkəzindədir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. İraqın “Al-Sumaria” telekanalı İraqın Mərkəzi Cinayət Məhkəməsinin İŞİD terror təşkilatı ilə bağlılığa görə 3 azərbaycanlı qadın barəsində ölüm hölkmü çıxarması barədə xəbər yayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Azərbaycanın İraqdakı səfirliyi istər İraqda olan azərbaycanlı qadınların vətənə gətirilməsi, istərsə də bu yaxınlarda ölüm hökmü çıxarılmış 3 azərbaycanlı qadının məsələsilə məşğuldur. “Hələlik bu sahədə yeniliklər yoxdur, amma Azərbaycanın İraqdakı səfirliyi məsələlərin həllilə bağlı istər İraq hakimiyyəti, istərsə də İraq hüquq-mühaifzə orqanları ilə sıx təmasdadır və bu təmaslar davam etməkdədir”, mətbuat xidmətinin rəhbəri bildirib. Azadpress.az