
Özəl klinikada əməliyyat olunan həkim komaya düşərək ölüb Azadpress.az xəbər verir ki, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otolarinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib. Belə ki, 63 yaşlı Ə.Bayramlı ötən həftə Bakıda yerləşən "MediStyle Hospital"da bud-çanaq oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni "MediStyle Hospital"da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib. Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib. O, uzun illər hərbi həkim olub. Həmkarlarının sözlərinə görə, Ə.Bayramlı sağlam adam olub, sadəcə ayağını yerə basmaqda çətinlik çəkirmiş. Buna görə də əməliyyat olunub.Report