"Azərbaycanda şəffaf seçkilərin keçirilməsi üçün ideal şərait var"-Rəvan Həsənov
- Azadpress.az

- 10 апр. 2018 г.
- 1 мин. чтения

Azərbaycanda seçki prosesi beynəlxalq qanunvericiliyin tələblərinə tam uyğun həyata keçirilir.
Azadpress.az Sechki-2018.az saytına istinadən xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov belə deyib.
O qeyd edib ki, ölkə ictimaiyyətinin, həmçinin beynəlxalq təşkilatların seçki prosesinə münasibəti birmənalıdır. Ölkədə keçirilən seçkilərin nəticələri hər zaman xalqın iradəsini əks etdirib. Seçkiqabağı təbliğat-təşviqat kampaniyası müddətində bütün namizədlərə bərabər imkanlar yaradıldı.
Azərbaycanda sabit və multikultural mühitin olduğunu qeyd edən R.Həsənov deyib:
“Ölkəmizdəki bu cür mühit tam şəffaf və demokratik seçkilərin keçirilməsi üçün ideal şərait yaradır. Azərbaycanda ədalətli seçkilərin keçirilməsi üçün bütün imkanlar mövcuddur. Seçki qanunvericiliyi təkmilləşdirilib”. Azadpress.az
Комментарии