
“Business Insight” şirkəti “Həyat Tərzi - 4” adı altında növbəti araşdırmasını həyata keçirib. Azadpress.az Fins.az-a istinadən xəbər verir ki, aparılan sorğuların nəticəsi olaraq 12 market arasında “Bazarstore” Azərbaycanda modern pərakəndə sektorunun ən çox etibar olunan və bəyənilən şəbəkə market adını qazanıb. «Bravo» isə Hipermarketlər şəbəkəsi yaradaraq istehlakçıların rəğbətini qısa zamanda qazana bilib və sıralamada 3-cü yerdə, 4-cü yerdə Bizim Market,5-ci yerdə Rahat Market qərarlaşıb.Paytaxt sakinləri arasında «Araz» ən bəyənilən şəbəkə market seçilib.Azadpress.az
