top of page

Zakir Həsənov Belarusun hərbi sənaye müəssisələrini ziyarət edəcək


Azərbaycanın müdafiə naziri Belarusa işgüzar səfər edəcək.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minsk şəhərinə yola düşəcək.

İşgüzar səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page