
2017-ci il artıq bitməkdədir və avtomobil həvəskarlarını bir suaı maraqlandırır, yeni ildə ölkəmizə hansı yeni modellər gələcək?
Yaponiya avtomobil istehsalçıları bu ilin sonu premium avtomobil həvəskarlarını üç yeniliklə sevindirəcəklər. Azərbaycanda “Lexus”un 2018 modelləri təqdim olunacaq.Bunlardan birincisi, Lexus LC 500 modelidir.Lexus özünün uğurla həyata keçirdiyi kupe konseptini artıq Avropada təqdim etsə də, bizim regionda bu model dekabrın əvvəli Bakıda təqdim olunacaq.
Toyota Bakı Mərkəzinin PR mütəxəssisi Eldəniz Cəfərovun Azadpress.az-a verdiyi məlumata görə, cəmi 5 il əvvəl “Frankfurt Motor Show”da mükəmməl konsept təqdim olunanda bəzi mütəxəssislər kupe Lexusun bu qədər zəngin konfiqurasiyalı olacağına şübhə ilə yanaşırıdlar.Lakin Takumi ustaların sayəsində LC500 öz seqmentinin sevilən bir modeli oldu. "477 at gücü olan 10 pilləli ötürücü və 5L motorlu yeni Lexus LC 500” saatda 100 km sürəti cəmi 4.7 saniyəyə yığa bilir.Məsələ yalnız maşının sürəti və ideal idarəetmə parametrlərində deyil.Avtomobilin interyeri də olduqca komfortludur.Şübhəsiz ki,bu modelin Azərbaycana gətirilməsi,vətəndaşlarımızın belə bir maşını idarə etməsi sevindirici haldır.Xalqımız hər şeyin ən yaxşısına layıqdir",-deyə,PR mütəxəssis bildirib.
Eldəniz Cəfərov onu da deyb ki, Lexusun Bakıda təqdim edəcəyi növbəti şedevri LX Sport modelidir.Restaylinq olunmuş benzin mühərrikli Lexus LX Sport idarəetmədə olduqca rahatdır. Yeni Lexus etibarlı ənənəvi platforma üzərində restayliq olunub. Dəyişkliklər eksteryerlə yanaşı interyeri də əhatə edir. Salonun havalandırması-sərinlik və istilik Lexus Climate konsyerj sistemində çalışır.Tədbiq olunan Offroad Turn Assist sistemi dönmə bucağını artırır, bu bir növ maşının yerində manevr etməsi ilə mümkün olur.Yolsuzluq şəraitində,məsələn uçurumlu yollarda bu sistem əvəzedilməzdir. Crawl Control və Multi Terrain Select sayəsində yeni Lexus LX Sport keçilməz yolları belə rahatlıqla keçib sahibini mənzil başına çatdıracaq.LX-də ətrafı 360 dərəcə nəzarətdə saxlamağa imkan verən və hətta maşının altını da göstərən kameralar quraşdırılıb.Ön hissədə “X” formalı radiator örtüyü,”L” formalı üçqat diod faralar və dinamik dizayn yeni Lexus LX-in zəhmli görkəmini formalaşdırır. Yüksək dözümlü kontruksiya, 8 pilləli sürət ötürücüsü,5.7L motor və 367 at gücü, bu modeli nəhəng və məğlubedilməz Samuraya bənzədir.
Dekabrın 8-də təqdim olunacaq üçüncü model, şəhər krossoveri Lexus NX-dır.Bu model istehlakçıların arzularını və mütəxəssislərin xüsusi rəylərini nəzərə alaraq restaylinq olunub.Bu maşına baxdıqda belə demək olar:orta həcmli mühərriklə maksimum nəticə.NX nəinki Azərbaycanda,regionumzda populyar modeldir.Onu populyar edən kübar görkəmli SUV olmasıdır.Meqapolisdə rahatlıqla hərəkət edən NX, yolsuzluq şəraitinə də uyğunlaşır.Yeni modeldə AVS sport adaptasiya asqısı təkmilləşdirilib.Daha dəqiq idarəetmə üçün əlavə dempferlərlə təhciz olunub. Bu da asqının vəziyyətə görə dəyişməsinə imkan verir.Electro Multi Vision naviqasiya sisteminin yeni multimedia displeyi maşının idarəetmə panelinə xüsusi yaraşıq verir. Lexus NX-in qarışıq yanacaq sərfiyyatı 100 km-ə 7,9 Litrdir. Maksimum sürət isə 200 km/saat. 238 at gücünə malik turbo mühərrikli NX krossover yürüşə yeni həyəcan qatır.
Yeni Lexus modellərində yol nişanlarını tanıma və sürəti tənzimləmə sistemi mövcuddur.Bundan əlavə maneəhaqqında əvvəldən xəbər verən,toqquşmaların qarşısını alan Lexus Safety Systems-i də qeyd etmək lazımdır. Hər üç modelin qiyməti və tam olaraq xüsusiyyətləri 8 dekabrda elan ediləcək.Azadpress.az