top of page

"Əlilliyin təyin edilməsində ciddi problemlər var"-Deputat

  • Фото автора: Azadpress.az
    Azadpress.az
  • 9 сент. 2020 г.
  • 1 мин. чтения


Deputat əlilliyin təyin edilməsi ilə bağlı etirazını bildirib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Jalə Əliyeva əlilliyin təyin edilməsində ciddi problemlərin olduğunu deyib.


Oxu.Az-ın müxbiri xəbər verir ki, J.Əliyeva qeyd edib ki, seçicilərini qəbul edərkən əlilliyin təyin edilməsi sahəsində ciddi problemlərin olduğu müəyyənləşib.

Millət vəkili bildirib ki, vətəndaşlar əlilliklə bağlı sənədlər təqdim etsələr də, onlara problemlər yaradılır.


“Vətəndaş da qalır TƏBİB-lə rayon arasında. Vətəndaşı dövlətdən narazı salan hallar aradan qaldırılmalıdır”,- deyə J.Əliyeva əlavə edib.

Azadpress.az

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page