Şəhid qəhrəmanımızın qızı BMT baş ofisinin qarşısında. ..
Azərbaycanın Milli Qəhrəmanının qızı BMT binası qarşısında bəyanat verib.
Azərbaycanın Milli Qəhrəmanı Riyad Əhmədovun qızı Farizə Əhmədova Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Baş Ofisi qarşısında bəyanatla çıxış edib.
“Report” xəbər verir ki, Azərbaycanlıların Koordinasiya Şurası tərəfindən keçirilən izdihamlı aksiyada çıxış edən F.Əhmədova diqqəti bu ilin iyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələrimin növbəti hərbi təxribatına, azərbaycanlı dinc sakinlərin öldürülməsinə və illərdir bu təxribatların vaxtaşırı davam etməsinə yönəldib.
Milli Qəhrəmanın qızı bildirib ki, məhz Ermənistanın işğalı, təcavüzü nəticəsində minlərlə azərbaycanlı uşaqlardan biri kimi o da 90-cı illərin əvvəlində atasını itirib: "30 ildir ki hələ də Ermənistan işğalı davam etdirir və hələ də vaxtaşırı azərbaycanlı uşaqları məni kimi atasız qoyur. Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 28 ildir qəbul etdiyi 4 qətnamə hələ də yerinə yetirilmir.
Biz azərbaycanlılar BMT kimi nüfuzlu bir təşkilatı bu özbaşınalığın qarşısını almağa, işğal faktına, bu təxribatlara nəhayət son qoyulmasında qəti addımlar atmağa çağırırıq".
Soydaşlarımızın keçirdiyi aksiyanın bəyanatı ofisə təqdim edilib.
Bài chia sẻ này ngắn gọn mà dễ nắm, mình đọc cái là hiểu liền, cảm ơn bạn. Mình cũng có thói quen xem soi cầu XSMB mỗi ngày, nhưng hồi trước cứ phải mở nhiều nơi để so lại nên mất công và dễ rối. Về sau mình tự gom thông tin theo từng ngày để tiện theo dõi, kiểu lưu lại một trang riêng trên soicau247.com để lúc cần mở ra là xem nhanh, khỏi phải lục lại nhiều chỗ. Mình không có gì “cao siêu” đâu, chỉ là ghi chú số liệu theo ngày cho đỡ quên và dễ đối chiếu thôi. Ai cũng thích xem dữ liệu cập nhật hằng ngày giống mình thì có thể…