Çeçen polisi kütləvi qətllərdə ittiham olunur
- Azadpress.az
- 15 мар. 2021 г.
- 1 мин. чтения

Çeçenistanda “Kadırov alayı”nın yeni cəlladlıqları ortaya çıxdı.
Çeçenistanda “Əhməd Kadırov” adına polis alayının keçmiş əməkdaşı Süleyman Gezmahmayev “Novaya qazeta” qəzetinə verdiyi müsahibədə muxtar respublikada kütləvi edamlar barəsində sensasion açıqlamalar verib.
Qəzetin informasiyasına əsasən, S.Gezmaxmayev yüzlərlə çeçenin tutulmasında iştirak edənlərdən olub və alayın yerləşdiyi binanın idman zalında ən az 56 məhkumun mühafizəsində yer alıb.
Keçmiş polisin 2017-ci ilin yanvar ayının 26-da “edam siyahısı”nda olan 13 çeçenin öldürülməsi barədə dəqiq bilgiləri olduğu qeyd edilir.
S.Gezmaxmayev edamların öncə məhkumların başına tapança atəşi ilə öldürülməsi yolu ilə həyata keçirildiyini deyib. Onun sözlərinə görə, bütün bunlar alay komandiri Aslan İrisxanovun birbaşa əmrləri əsasında icra olunub. Aslan İrisxanov sonradan məhkumlarda güllə və qan izinin qalmamasına görə edam üsulunun dəyişdiriməsinə, yəni onların asfiksiya (asılmaqla) yolu ilə öldürülməsinə qərar verib.
S.Gezmaxmayev onların içində Mahmud Muskiyev adlı məhkumu şəxsən dindirdiyini söyləyib. Maraqlıdır ki, əvvəllər Çeçenistan Daxili işlər nazirliyi Muskiyevin hər hansı təşkilatın üzvü olmadığını və saxlanmadığını bildirmişdi.
“Bu adam çox arıq idi, onu o qədər döymüşdülər ki, hər şeyi boynuna almağa razı idi. Onu dərhal “əmir” rütbəsinə yüksəldib, 10 həmkəndlisini terrorçu qrupa üzv etmək ittihamını irəli sürdülər. Daha sonra isə başqa bir iş yoldaşım Süleyman Saraliyevə Muskiyevi öldürmələrini tapşırdılar”,-deyə izahatda göstərilib.
Azadpress.az
Commentaires